Skype-da daha bir yenilik
Amerikanın Microsoft kompaniyası səs və görüntü ötürən populyar
proqramın internet brauzerlərə çıxışına imkan yaradan Skype for Web
servisinin beta versiyasının istifadəçilərə təqdim olunduğunu bəyan
edib.
Movqe.Az AzərTAc-a istinadən bildirir ki, bu servis sayəsində
kompyuter və ya portativ qurğulara əlavə proqram yükləmədən
brauzerlər vasitəsilə Skype proqramından istifadə etmək mümkün
olacaq.Microsoft kompaniyasının məlumatına görə, bu imkanlardan
yalnız Internet Explorer, Windows üçün Chrome, həmçinin Firefox və
Safari brauzerlərinin istifadəçiləri yararlana biləcəklər.
Servisin tam versiyasınınbir neçə həftə sonra işə salınacağı gözlənilir.