Əlaqə Arxiv
news Image
2014.11.16
09:55
| A A A
BMT təyyarəsi qəzaya uğrayıb: ölənlər və yaralı var
Birləşmiş Millətlər Təşkilatınn (BMT) ərzaq yardımı daşıyan təyyarəsi qəzaya düşüb.

Movqe.az-ın milli.az-a istinadən  məlumatına görə, Cənubi Sudanın şərqindəki Conqley əyalətində BMT-nin agentliyi olan Qida və Kənd Təsərrüfatı Təşkilatının "Hawker Siddeley HS 748" tipli yük daşıyan təyyarəsinin qəza keçirməsi nəticəsində 2 nəfərin öldüyü, bir nəfərin isə ağır xəsarət aldığı bildirilir.

Conqley informasiya və telekommunikasiya naziri Cudi Conqley verdiyi açıqlamada ölkədəki qarşıdurmalardan qaçaraq canını qurtaran Panyaqor bölgəsindəki insanlara yardım payı aparan təyyarənin düşdüyü xəbərini verib. Nazir təyyarədə həlak olanların hansı ölkənin vətəndaşı olması barədə açıqlama verməyib.

Qeyd edək ki, 2013-cü ilin dekabrından bəri Cənubi Sudanda hökumət qüvvələri ilə Riek Maçara bağlı silahlı qruplar arasında qarşıdurmalar yaşanır və bu hadisələr zamanı da dinc sakinlər xəsarət alır, ya da öldürülür.
Sizin Reklam Yeriniz