Əlaqə Arxiv
news Image
2014.11.16
19:00
| A A A
Bir gecədə 20 maşını yandırdılar
Türkiyənin İstanbul şəhərində güclü yanğın hadisəsi qeydə alınıb.

Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, İstanbulun Bəyoğlu və Kiçikçəkməcə rayonlarında parkinqdə olan 20 avtomobil kimliyi naməlum şəxslər tərəfindən yandırılıb. Avtomobillərin alışdığını görən ətrafdakı vətəndaşlar hadisəni mobil telefonları ilə çəkməyə başlayıblar.

Hadisə ilk olaraq Bəyoğlu rayonunda gecə saatlarında baş verib. Naməlum şəxslər 10 avtomobilin üzərinə benzin tökərək "Molotov kokteylləri" atıb ərazidən uzaqlaşıblar. Hadisədən xəbər tutuan polis və yanğınsöndürmə qrupu dərhal yanğının qarşısının almağa, ətrafdakı insanları uzaqlaşdırmağa çalışıb. Yanan avtomobillər tamamilə yararsız vəziyyətə düşüb.

Daha sonra İstanbulun başqa bir səmti – Kiçikçəkməcə rayonunda da eyni cür hadisənin baş verdiyi bildirilib. Yanğınsöndürənlər alışan və yararsız vəziyyətə düşən avtomobilləri söndürərək yanğının böyüməsinin, ətrafa zərər verməsinin qarşısını alıblar.

Hadisəni kimlərin törətdiyi barədə polis tərəfindən araşdırma aparılır.
Sizin Reklam Yeriniz