Əlaqə Arxiv
news Image
2014.11.16
22:00
| A A A
11 aylıq körpəni itlər gəmirdi
Rusiyada, Podmoskovyedə tükürpədən hadisə baş verib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Moskva vilayətində 11 aylıq uşağı itlər gəmirərək öldürüblər.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, səhər çağı polis bölməsinə Moskva vilayəti İstrinski rayonu Mansurovo kəndində balaca uşağın cəsədinin tapıldığı barədə məlumat daxil oluib.

Çağırışa gedən polislər bağ sahələrindən birində 11 aylıq qız uşağının cəsədini tapıblar. Onu itlər gəmirmişdilər. Hadisə vaxtı isə, deyilənə görə, uşağın valideynləri uzaqda olmayıblar və spirtli içki içərək keflənirmişlər. O qədər sərxoş olublar ki, baş vermiş hadisəni də doğru-düzgün anlada bilməyiblər.

Hadisə ilə bağlı araşdırma aparılır. Üstəlik, itlərin uşağın üstünə qısqırdılması versiyası da araşdırılır.
Sizin Reklam Yeriniz