Əlaqə Arxiv
news Image
2014.11.18
12:10
| A A A
Qanunsuz evlər söküləcək
Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə həmin obyekt söküləcək. 

ANS PRESS-in məlumatına görə, bu barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları"nda öz əksini tapıb.

Fərmanda qeyd edilir ki, yeni qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir.

Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirilir.

Dövlət nəzarətini həyata keçirən orqanları tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə lisenziya fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada məsələ qaldıra bilər.

Agentlik və Müfəttişlik tikinti obyektinin sökülməsi zamanı söküntü işlərinin texniki təhlükəsizlik və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarəti həyata keçirir.
Sizin Reklam Yeriniz