Movqe.az xəbər verir ki, İDEA İctimai Birliyinin təşəbbüsü, Xəzər rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib. "Azərsun Holdinq" şirkətindən verilən məlumata görə, "Azərsun Holdinq" şirkəti tərəfindən istehsal olunan "Zeytun bağları" markasanının bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 1 000 ədəd zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin və "Azərsun Holdinq"in məsul şəxslərinin də iştirak etdiyi aksiyada xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərdən artıq insan qatılıb. Hər kəs tərəfindən bəyənilən "Zeytun bağları" markası ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacının əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında müstəsna rol oynayır. Bundan əlavə, bu milli marka yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhfə verir. Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan "Azərsun Holdinq"in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.
Binəqədidə də IDEA İctimai Birliyinin təşəbbüsü
və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika
yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası
keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov, IDEA İctimai Birliyinin nümayəndəsi, "Azərsun
Holdinq"in baş direktoru Savaş Uzan, həmin qurumların bir qrup
nümayəndəsi, RİH-in əməkdaşları, hüquq-mühafizə orqanları və icra
strukturlarının rəhbərləri, məktəblilər və ictimaiyyət
nümayəndələri iştirak ediblər.Rayonun Xocəsən qəsəbəsində yerləşən
M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
binası ətrafında gerçəkləşən tədbirdə əvvəlcə "Ümumrespublika
yaşıllaşdırma" marafonu layihəsi barədə iştirakçılara məlumat
verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse prezidenti,
IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın
təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi,
biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və
layihələr həyata keçirib. İndiyədək IDEA İctimai Birliyinin
təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların
kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər
həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil
olunub, sənaye və məişət tullantılarının azaldılması barədə
layihələr gerçəkləşdirilib.Daha sonra dövlətimizin başçısı İlham
Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllığın
genişləndirilməsi işinin Binəqədidə də uğurla həyata keçirildiyi
bildirilib. Son illərdə rayon ərazisində yeni salınmış 27 abad
məhəllədə, yeni inşa edilmiş 24 mini parkda, əsaslı təmir edilmiş
11 parkda və digər yaşıllıq sahələrində ümumilikdə 255168
kvadratmetr çəmən örtüyü yaradıldığı, 50221 ədəd gül-çiçək və
dekorativ bitkilər, eləcə də 12800 ədəd ağac əkildiyi də tədbir
iştirakçılarının diqqətinə çatdırılıb.Tədbirdə çıxış edən IDEA
İctimai Birliyinin nümayəndəsi, "Azərsun Holdinq"in baş direktoru
Savaş Uzan və Binəqədi RİH başçısının müavini Aygün Əliyeva
aksiyanın əhəmiyyətindən danışıb, Leyla xanım Əliyevanın
təşəbbüsü ilə baş tutan bu layihənin yaşıllıq zolaqlarının
genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji
mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar
arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin
güclənməsinə böyük töhfə olduğunu vurğulayıblar.Azərbaycan
təbiətinin gözəlliklərini tərənnüm edən milli musiqilərimizin
sədaları altında başlayan ağacəkmə aksiyasında başçı Xaləddin
İsgəndərov fiziki məhdudiyyətli uşaqlarla birgə ağaclar əkib.
Aksiya çərçivəsində mindən artıq zeytun və "Leylandra" adlı şam
ağacı basdırılıb. Fiziki məhdudiyyətli uşaqlara xüsusi diqqətin
göstərilməsi, onların bu ictimai faydalı işdə yaxından iştirakının
təmin olunması balacalar tərəfindən sevinclə qarşılanıb və bu,
tədbirə əlavə rəng qatıb.Binəqədi rayon gəncləri belə aksiyaların
təşkilinə görə Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA
İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevaya öz
təşəkkürlərini bildirib və ona rayon gəncləri adından simvolik
olaraq rəsm tablosu hədiyyə ediblər. Aksiya yekunlaşdıqdan sonra
iştirakçılar və qonaqlar furşet masası ətrafına dəvət
olunublar.