Nazirin işdən çıxardığı şəxsə yeni vəzifə verildi
Azərbaycanın Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı
olub.Movqe az "Qafqazinfo"-ya istinadən xəbər verir ki,
Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin
sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu
İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin
rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış
İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.Qeyd edək ki,
Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun
əmri ilə vəzifəsindən azad olunub.