Ermənilər Laçında süni məskunlaşmanı davam etdirirlər - FOTO
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində süni məskunlaşma
tədbirlərini davam etdirir.Ermənistan hökumətinin və xaricdəki
erməni diasporunun dəstəyi ilə Laçın rayonunun Zabux kəndi
ərazisində ermənilər yeni yaşayış məskəni salıblar.Ermənistanla
həmsərhəd olan Zabux kəndi ərazisində salınan yeni kənd Aqavno
adlanır.Movqe az APA-ya istinadən xəbər verir ki, erməni jurnalist
Ani Markaryanın "Facebook" səhifəsində paylaşdığı fotoda kənddə
ötən ildən başlayan inşaat işlərinin yekunlaşdığı görünür.Yeni
evləri ermənilər dağıtdıqları Zabux kəndinin azərbaycanlı
sakinlərinə məxsus evlərin yerində inşa ediblər.Qeyd edək ki, son
iki ildə Ermənistan hökuməti işğal altındakı Azərbaycan
ərazilərində Suriyadan və digər ölkələrdən gələn erməni ailələrinin
məskunlaşdırılması istiqamətində işlər aparır. Kəlbəcər, Laçın və
Zəngilan rayonunun bəzi kəndlərində Suriyadan qaçqın düşmüş
ermənilərin yerləşdirilməsini təsdiqləyən faktlar mövcuddur.