Əlaqə Arxiv
news Image
2014.11.19
17:25
| A A A
Millət vəkili: "Kredit vermək üçün ya narkotik satmalısan, ya da..."
"Həmkarlarımın əksəriyyəti istər inkişaf, istərsə də digər baxımdan Azərbaycanı Ermənistanla müqayisə edirlər".  Movqe.az AzVision.az-a istinadən xəbər verir ki, Milli büdcə müzakirələri zamanı YAP-çı deputat Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur: "Hesab edirəm ki, ölkəmiz bu gün Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda isə Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər. Odur ki, Ermənistanla hər hansı müqayisəyə yer yoxdur". 
Milli Məclisin üzvü bildirib ki, bu gün Rusiyanın timsalında görürük ki, ərzaq təhlükəsizliyi ölkə üçün nə dərəcədə vacibdir:"Buna görə də Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün mütləq şəkildə kreditlərin verilməsində müəyyən güzəştlər tətbiq edilməlidir. Fermerlər üçün uzun müddətli kreditlərin verilməsi daha məqsəduyğundur. Çünki əkilən məhsullar hava şəraitindən asılı olaraq gec və ya tez yetişə bilər. Məhsul olmayanda da əlavə borc götürməyə məcbur olur". 
S.Novruzovun sözlərinə görə, Azərbaycanda verilən kreditləri qaytarmaq üçün ya narkotik satmalısan, ya silah, ya da insan alveri ilə məşğul olmaq lazımdır:
"Başqa halda krediti qaytarmaq qeyri-mümkündür. Banklar vətəndaşa 100 min pul verirsə bunun qarşılığında 200 minlik girov qoyulmasını tələb edir. Görünən odur ki, ipoteka krediti imkanlı adamların istifadə etməsinə nəzərdə tulub ki, onlar bununla kəm-kəsirlərini tamamlasınlar". 
O, həmçinin məktəblərdə idman və hərbi dəsrlərin bərpa olunması təklifi ilə çıxış edib. Millət vəkilinin sözlərinə görə, bu gün ölkədə təhsil alan oğlanların 20 faizi ordunun tələblərinə cavab vermir: "Ümumi fiziki hazırlıqla bağlı məktəblərdə imtahan verilməlidir. Biz kişi yetişdiririk. Bizə hazırda əsgər lazımdır. Sabaha İŞİD gələrsə bizə əsgər lazımdır, bəstəkar yox. Bu gün hər kənddən bir silah çıxır. Cavanlarımız həmin silahın növünü bilməlidir".
Millət vəkili qeyd edib ki, bu yaxınlarda ona xarici vətəndaş deyib ki, sizdə kitab yox, məhz adam öldürmək üçün soyuq silah hazırlanır:
"Hazırda iki tona yaxın kitab yığırlar. Kitabların üzlüklərini qalın edirlər ki, kimin başına vursalar gərək həmin adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi boşdur". 
S.Novruzov sonda qeyd edib ki, Siyasi partiyalara ayrılan vəsaitin məbləği artırılmalıdır:"Bəlkə bundan sonra onların qırışı açılar". 
Spiker Oqtay Əsədov isə millət vəkili Siyavuş Novruzovun çıxışına cavab olaraq deyib ki, siyasi partiyaların sayı artdıqca onlara ayrılan maliyyə vəsaitinin də həcmi artacaq.
Sizin Reklam Yeriniz