Baş Prokurorluqdan Bakıda 54 qadının zorlanması xəbərinə münasibət
Bəzi kütləvi informasiya vasitələrində Ağcabədi
rayon polis şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual
xarakterli zorakılıq hərəkətləri) maddəsilə istintaq olunan cinayət
işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli
Gülmalı oğlunun güya 54 nəfəri zorlamasına dair həqiqəti əks
etdirməyən məlumatlar dərc edilib. Baş
Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə,
yayılan xəbərlərin həqiqətə uyğun olmadığı bildirilir: "Həmin
məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir. Bununla
əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş
şəxs qismində tanınmış, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin
qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə
barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Hazırda cinayət işi üzrə
istintaq tədbirləri davam etdirilir.