Əlaqə Arxiv
news Image
2014.11.21
11:37
| A A A
Şeyxülislam İrana gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə yola düşür.

ANS PRESS-in Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, səfər noyabrın 22-də olacaq. Səfərdən məqsəd 2014-cü il noyabrın 23-24-də İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri məruzə ilə çıxış edəcək.
Sizin Reklam Yeriniz