"Hər il dünyada 1 milyondan çox anadangəlmə ürək qüsuru ilə uşaq dünyaya gəlir. Onların 100 min nəfəri 1 yaşadək dünyasını dəyişir. Hər il anadangəlmə ürək qüsuru ilə dünyaya gələn 1 milyondan çox uşağın 300-350 min nəfəri iqtisadi problemləri, böhran içində olan, tibbin səviyyəsinin aşağı olduğu ölkələrdə bəlli səbəblərdən həyatlarını itirlər".
Bunu Azərbaycan Ürək və Sağlamlıq
Assosiasiyasının sədri Rəşad Mahmudov Heydər Əliyev Mərkəzində
Ümumdünya Uşaq Gününə həsr olunan beynəlxalq konfransın açılış
mərasimində deyib. Azərbaycanın bu sahədə nailiyyətlər əldə
etdiyini deyən R.Mahmudov qeyd edib ki, ölkədə hər il 800-1000
nəfərə yaxın uşaq ürək qüsuru ilə dünyaya gəlir.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə
bildirib ki, Azərbaycanda son illərdə yeni tibb müəssisələri
tikilib. Ölkədə uşaqlara göstərilən xidmətlərin xüsusi proqramlarla
tənzimləndiyini deyən nazir müavinin sözlərinə görə, ötən il Milli
Məclis tərəfindən "Uşaqların icbari dispanserizasiyası" haqqında
qanun qəbul edilib: "Yalnız bu ilin ilk 9 ayı ərzində ölkədəki 2,6
milyon uşağın 2 milyonu icbarı dispanserizasiyadan keçib.
Dispanserizasiya nəticəsində 5 faiz xəstə uşaq dispanser
qeydiyyatına alınıb. Azərbaycanda yaradılan Ürək Cərrahiyyə
Mərkəzində son 1,5 il ərzində 1200-ə qədər ürək əməliyyatı
keçirilib".