Əlaqə Arxiv
news Image
2014.11.21
17:20
| A A A
Diqqət! Azərbaycanda saxta dollarlar var
Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 33 yaşlı Namiq Həsənov Lənkəran şəhər avtovağzalında əməliyyatçılar tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Onun üstünə baxış zamanı 3 ədəd saxta 100 Amerika dolları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, Lənkərana narkotik maddə qəbul etmək məqsədilə gəlib.

Qeyd edək, Lənkəran rayon Girdəni kənd sakini, Arzuman Mirzəyevin evində qonaq olub.

Birlikdə narkotik maddə qəbul etdikdən sonra Arzuman Mirzəyev tanışı Namiq Həsənova saxta dollar almağı təkli edib və 300 saxta dolları ona 60 manata satıb.

Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları 43 yaşlı Arzuman Mirzəyevi də saxlayıb. Onun yaşadığı evə baxış zamanı 35 ədəd kibrit qutusuna doldurulmuş 200 qrama yaxın marixuana, 2 ədəd sellofan torbaya bükülmüş yarım kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin çətənə bitkisinin toxumları aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs narkotik maddələri satış məqsədilə əldə edib saxladığını etiraf edib.

Arzuman Mirzəyev eyni zamanda bildirib ki, saxta dollarları ona narkotik maddə satdığı şəxslər marixuananın əvəzində veriblər. Pulların saxta olduğunu bildikdə isə tanışı Namiq Həsənova satmaq qərarına gəlib.

Faktlarla bağlı cinayət işi başlanı.

Saxlanılan şəxslərin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.
Sizin Reklam Yeriniz