Abel Məhərrəmovun çıxışı haqda - Açıqlama
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə
İbrahimova rektor, millət vəkili Abel Məhərrəmovun parlamentdə
büdcə müzakirələri zamanı təhsil kreditlərinin ləğv olunması ilə
təklif irəli sürmədiyini bildirib.Movqe az "Qafqazinfo" ya
istinadən xəbər verir ki, dünən bəzi KİV-lərində rektor Abel
Məhərrəmovun belə bir təklif səsləndirdiyi yazılıb: "Aydınlıq üçün
bildirək ki, BDU rektoru Abel Məhərrəmov öz çıxışında ödənişli
əsaslarla oxuyan tələbələrə təhsil haqlarının ödənilməsi məqsədilə
dövlət tərəfindən uzunmüddətli kreditlərin verilməsi məsələsini
qaldırıb.Əksər Kütləvi informasiya vasitələri rektor Abel
Məhərrəmovun fikrini olduğu kimi çatdırsa da, bəzilərində fikir
ayrı mənalarda interpretasiya olunub. Həmin KİV-lərin məsələni
yanlış formada ictimailəşdirməsindən təəssüfləndiyimizi
bildiririk".