Hitlerin çəkdiyi əsər satıldı
Almaniyada keçirilmiş hərracda Adolf Hitlerin 1914-cü ildə
çəkdiyi akvarel satılıb.
Movqe.az Milli.az-a istinadən bildirir ki, Yaxın Şərqdən olan alıcı hərracda iştirak edib. Onun rəqibləri Asiya və Amerikadan olan kolleksionerlərdi.
1914-cü ildə gələcək fürerin çəkdiyi əsər "Münhendə vətəndaşlıq
vəziyyətləri aktlarının qeydiyyat bürosu və ratuşa" adlanır.
Bu akvarel Adolf Hitlerin 1905-1920-ci illərdə, rəssam olmağı
arzuladığı illərdə çəkdiyi təqribən 2 min əsərdən biridir.
Əsəri Gesse bacıları satıblar. Akvareli bacıların babası 1916-cı ildə almışdı.