Ukrayna münaqişəsindəki roluna görə Qərbin Rusiyaya qarşı sanksiyaları Moskvada rejimin dəyişməsinə cəhddir.
Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, belə bir açıqlamanı Rusiya xarici işlər naziriSergey Lavrovbildirib.
Moskvada xarici işlər məsələləri üzrə məsləhətçilərlə danışan Lavrov "iqtisadiyyatı məhv edəcək və ictimai etirazlara səbəb olacaq" sanksiyalara çağırışları şərh edib.
Cümə axşamı PrezidentVladimir Putindeyib ki, Moskva "rənqli inqilablara" bənzər hadisələrin baş verməməsi üçün "var gücü ilə çalışacaq".
Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident "rəngli inqilabları" ekstremizmə bənzətmişdi.
Qeyd edək ki, Ukraynada 2004-cü ildə baş verən inqilab Narıncı
İnqilab kimi tanınır, Gürcüstanda isə 2008-ci ildə baş verən
hökumət dəyişikliyi "Qızılgül İnqilabı" adlanır.