Avtobusa hücum: 28 ölü
Somali döyüşçü qrupu əl-Şəbab üzvləri Keniyanın şimalında avtobusa
hücum edərək ən azı 28 nəfəri öldürüb.
Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, bu barədə ölkə rəsmiləri xəbər veriblər.
Paytaxt Nayrobiyə gedən avtobus Somali sərhədi yaxınlığında, Manderada terrorçular tərəfindən dayandırılıb. Bu zaman silahlılar qeyri-müsəlman kimi qəbul etdikləri adamları ayırıb onları öldürüblər.
2011-ci ildən Keniyada hücumlar həyata keçirən Əl-Şəbab qrupu hadisənin törədilməsini boynuna götürüb.
Əl-Şəbaba bağlı vebsaytdakı bəyanatda deyilir ki, hücumlar bu həftə Mombasa şəhərindəki məscidlərdə həyata keçirilən reydlərə cavabdır.
Şahidlərin dediyinə görə, hücum baş verəndə avtobusda 60-dan çox adam var idi.
Sürücü avtobusun sürətini artırıb hücumçulardan uzaqlaşmağa cəhd etsə də, güclü yağışlar nəticəsində yaranan palçıqda ilişir.
10-a yaxın silahlı kişi somali dilində danışaraq sərnişinlərə avtobusdan çıxmağa göstəriş verib.
"Biz çıxanda sərnişinlər somalili və qeyri-somalili kateqoriyalarına bölündü", - deyə şahidlərdən biri bildirir.
"Qeyri-somalililərə müqəddəs Qurandan ayələr oxutdurdular, onları oxuya bilməyənlərə isə uzanmaq göstərişi verildi. Bir-bir onlara yaxınlaşaraq başlarına güllə vurdular".
Keniyanın Qırmızı Xaç təşkilatı cəsədləri hadisə yerindən götürməyə çalışır.