Cəbhədə növbəti gərginlik
Müdafiə Nazirliyinin saytının verdiyi xəbərə görə, cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə
75 dəfə pozulub.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, erməni silahlı
bölmələri Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt,
Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Kəngərli,
Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı
Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı
Qüvvələrimizin mövqelərini atəşə tutublar.