Əlaqə Arxiv
news Image
2014.11.24
15:11
| A A A
Gözlər bizə dikilib
Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bu həftə Qazaxıstana və Azərbaycana səfərə gələcək.

ANS PRESS-in məlumatına görə, noyabrın 26-da baş tutacaq səfər zamanı yerli hökumət nümayəndələri ilə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırması ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər noyabrın 28-dək davam edəcək.

Ümumiyyətlə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi vasitəsilə "Şahdəniz" yatağından hasil olunan təbii qaz "Səngəçal" terminalına çatdırılacaq, oradan isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Gələn ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondundan 1,341 milyard manat ayrılması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 20-da Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi olub.
Sizin Reklam Yeriniz