Oteldəki qətlin təfərrüatı- Qadını əmisi oğlu öldürüb
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl "Vulkan" otelində baş
verən insidentlə bağl ıdaha bir məlumat yayıb. Movqe az
DİN-in saytına istinadən xəbər verir ki, bu dəfə məlumatda
bildirilir ki, Afaq Şükürova intihar deyil, elə əmisi oğlu
tərəfindən qətlə yetirilib.Məlumatda qeyd olunur ki, noyabrın 20-də
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" otelinin hamam
otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması
ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam
öldürmə) cinayət işi başlanıb.Binəqədi RPİ 6-cı PB əməkdaşlarının
həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon
sakini Asim Ağamalıyev tutulub.