Əlaqə Arxiv
news Image
2014.11.25
21:16
| A A A
ABŞ Serjə pul vermədi
Ermənilərin Qərbdə fəaliyyət göstərən "Hayastan" fondunun bu il keçirdiyi ianə kampaniyası keçən ilkinə baxanda uğursuz olub. 

ANS PRESS-in məlumatına görə, fond tərəfindən 19-23 noyabr tarixlərində Fransada keçirilən ümumi Avropa kampaniyası çərçivəsində cəmi 1,37 milyon avro yığılıb. Bu, keçən il yığılmış vəsaitdən (1,46 milyon avro) azdır. 

Kampaniya çərçivəsində Fransadan 1 milyon 246 min 344 avro, Almaniyadan 71 min 345 avro, İsveçrədən 31 min 726 avro, Yunanıstandan 21 min avro, Belçikadan 3 min avro yığılıb. Göründüyü kimi, ermənilərə Avropadan yalnız ermənilər pul verib və bu səbəbdən ən çox pul Fransadan gəlib. 

Kampaniya çərçivəsində yığılan pulların azalması bir gerçəyi də ortaya çıxarıb - əsas fəaliyyəti bütün dünyada dilənərək yığdığı pulları Dağlıq Qarabağa yönəltmək olan fondun fəaliyyətinə inam getdikcə azalır. 

Bu gün həm də erməni portalı "Epress" yazıb ki, ABŞ erməniləri fondun fəaliyyətini boykot ediblər. Çox sayda amerikalı erməni üzərində "Ümumierməni fondunu boykot edirik, vergi yığın, ianə yox" sözləri yazılmış köynək geyərək küçələrə çıxıblar. Nümayişçilər bildiriblər ki, fondda korrupsiya var və Ermənistan hakimiyyətinin əlində oyuncağa çevrilib. 
Sizin Reklam Yeriniz