Əlaqə Arxiv
news Image
2014.11.27
10:30
| A A A
Bakıda məscidi belə yandırdılar (VİDEO)
Bakının Qaraçuxur qəsəbəsində məscidin yandırılma görüntüləri yayılıb. Movqe.az-ın məlumatına görə, məscidin yandırılması müşahidə kameraları ilə çəkilib. Görüntülər YouTube video portalında yayılıb.
Videodan görünür ki, üzünü gizlətməyə çalışan şəxs məscidin qapısının şüşəsini sındırır. İçəriyə neft dolu qabı yandıraraq atır. Qeyd edək ki, dünən saat 02 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qaraçuxur məscidində yanğın baş verib. Ümumi ərazisi 300 kv. Olan məscidin 5 km.m-də xalça və palaz yanıb.Hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub. Alov qısa vaxt ərzində söndürülüb.Məscidin qəsdən yandırılması barədə Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsinə məlumat daxil olub. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə məscidin gözətçisi şikayət edib.
Məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib. O, məsciddə yanğın barədə xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.Polis hadisənin iki naməlum şəxs tərəfindən törədildiyini ehtimal edir. Müşahidə kameraları vasitəsilə həmin şəxsləri məscidə gətirən taksi sürücüsü müəyyənləşdirilib. İndi onun ifadəsi əsasında həmin şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar başlanıb.
Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz