Xarici dil tədris olunmayan məktəblərdə məzunlar kimyadan buraxılış imtahanı verəcəklər
Azərbaycanın bəzi məktəblərində XI sinif şagirdləri buraxılış
imtahanında kimyadan imtahan verəcəklər.Movqe az APA-ya
istinadən xəbər verir ki, əvvəlcədən elan olunduğu kimi
ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan şagirdlərin
biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən
dəyişiklik edilib.Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI
sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaq.Bütün
şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan
verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin
məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə
şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.