Əlaqə Arxiv
news Image
2014.11.27
14:37
| A A A
Prokurorluq paytaxtda yol polisinə zor tətbiq edilməsi faktı ilə bağlı məlumat yayıb
Bakıda yol polisinə zor tətbiq edən şəxs barəsində cinayət işi açılıb. Movqe az  APA-ya istinadən xəbər verir ki,  noyabrın 24-də saat 11 radələrində paytaxtın Səbail rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Elnur Mahmudov həmin vaxt Mərkəzi Univermağın binasının qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla "dayanmaq və durmaq qadağandır" nişanının təsiri zonasında dayanmış "BMW-X5" markalı 10-FK-347 qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Valeh Tacəddin oğlundan avtomobili oradan götürməsini tələb edib. Lakin V.Kərimov polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq avtomobildən düşərək ona zor tətbiq edib.Fakta görə Səbael rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Sizin Reklam Yeriniz