Azərbaycan prezidenti Maltanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Malta
Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.Movqe
az APA-ya istinadən xəbər verir ki, səfirlə söhbət zamanı
dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox yaxşı
səviyyədə olduğunu vurğulayıb.Prezident İ. Əliyev Malta
Respublikasının baş naziri ilə görüşünü və ikitərəfli
münasibətlərimizin inkişafına dair məsələləri müzakirə etdiklərini
məmnunluqla xatırlayıb. Enerji sektorunda əməkdaşlığımızın artıq
mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərin
digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd
edib.Səfir C. Debono isə ölkəsinin Azərbaycanla ikitərəfli
əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu
deyib.Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa
dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.