Abid Şərifov: “Başa düşmək lazımdır, sürüşmə zonasında ev tikmək olmaz”
"İnsanlarımız və ayrı-ayrı qurumlar başa düşməlidir ki, sürüşmə
zonasında ev tikmək olmaz".Movqe az APA-ya istinadən xəbər verir
ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.O bildirib
ki, Ekologiya və Təbi Sərvətlər, Fövqəladə Hallar nazirlikləri,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi birlikdə Abşeron ərazisində
sürüşmə yerlərinin sxemini hazırlayıb: "Yəqin ki, yaxın vaxtlarda
sürüşmə zonasında evlərin verilməməsinə və ya veriləcəksə, bunun
xüsusi razılıq əsasında edilməsinə dair da qərar veriləcək".A.
Şərifov Ağsu aşırımının əvvəllər sürüşmə zonası olmadığını,
sonralar orada aparılan tikinti işləri nəticəsində sürüşmələr baş
verdiyini deyib: "Sürüşmənin səbəbkarı çox vaxt özümüzük. Özümüz
bunu bilmədən yaradırıq. Tikinti tikən zaman fikir vermək lazımdır
ki, infrastruktura ziyan vurulmasın".