Türkiyədə müalicə alan yaralı əsgərlərimizdən yeni xəbər
Xəbər verdiyimiz kimi avqustun 9-da Azərbaycanın 3 yaralı hərbçisi
müalicə olunmaq üçün Türkiyənin Baş Nazirliyinə bağlı olan TİKA
təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan
Ankaraya aparılaraq, Atatürk Təhsil və Araşdırma Xəstəxanasına
yerləşdirilib.Movqe az xəbər verir ki ,TİKA-nın Bakı
nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, onların
vəziyyəti yaxşıdır:"Türkiyəyə aparılan əsgərlərimizdən yalnız Elvin
Əsgərov vətənə qayıdıb. Digərlərinin müalicəsi hələ ki davam
etdirilir. Hazırda Elvin Bakıda mülicə alır, daha sonra ev
şəraitində müalicəsini davam etdirəcək. Digər iki əsgərimiz isə
hələ Türkiyədədir və müalicələri gedir. Müalicə kursları tam başa
çatdıqdan sonra qayıtmaları planlaşdırılıb".TİKA rəsmisi onu da
deyib ki, hər iki ayağı amputasiya edilərək protez taxılan Sərxan
Tahirzadə də xəstəxanadan çıxarılıb. Hazırda Ankarada reabilitasiya
kursu keçir. Bir gözünü itirən əsgərimiz Ədalət Məmmədovun səhhəti
qaydasındadır, onun da müalicəsi davam etdirilir. İnşallah, müalicə
kursu yekunlaşdıqdan sonra onlar da vətənə qayıdacaqlar".