Fətullah Gülənin qardaşı öldü
Türkiyənin tanınmış din xadimi Fəthullah Gülənin qardaşı, 72 yaşlı
Seyfullah Gülən bir müddətdir müalicə gördüyü xəstəxanada vəfat
edib.Movqe az Modern.az-a istinadən xəbər verir ki, "Samanyolu"
televiziyasının ana xəbər aparıcısı Kamal Gülənin atası olan
Seyfullah Gülən 4 ay əvvəl keçirdiyi infarkt səbəbi ilə Ərzurumdakı
xüsusi xəstəxanada müalicə olunurdu. Ürək və tənəffüs çatışmazlığı
olan Seyfullah Gülən bir ay əvvəl beynində qan laxtalanması səbəbi
ilə reanimasiyaya yerləşdirilib. Keçirdiyi iflic sonrası süni nəfəs
aparatına qoşulan Seyfullah Gülən bu gün saat 07.30 radələrində
həyatını itirib.Seyfullah Gülən camaat lideri Fəthullah Gülənin 5
qardaşından (2 bacısı da var) biriydi. Atatürk Universitetində
çalışdıqdan sonra təqaüdə çıxan və 9 övlad atası Seyfullah Gülən
Ərzurumun Dadaşkent səmtində yaşayırdı.