Əlaqə Arxiv
news Image
2014.11.29
19:02
| A A A
Azərbaycanda körpü uçdu
Həftənin ilk günlərində yağan aramsız yağışların yaratdığı fəsadlarla bağlı sizə bir neçə material təqdim etmişdik. Bizi bu mövzuya yenidən qayıtmağa vadar edən isə rayonun bəzi yerlərində, hələ də, acınacaqlı vəziyyətin qalmasıdır. Məsələn, elə Lənkəranın Vilvan kəndi. Hansı ki, çayın körpünü yuyub aparmasından sonra 5 gündür ki, kəndin bir tərəfinə gediş-gəliş tamamilə kəsilib.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Veravulçay Lənkəranın Vilvan kəndini iki hissəyə ayırır və gediş-gəlişi təmin etmək məqsədilə vaxtilə burada iki körpü salınıb. Biri piyadalar, biri isə avtomobillərin hərəkəti üçün. Lakin bir neçə gün öncə yağan güclü yağış hər iki körpünü yuyub apardığından kənd sakinlərinin digər tərəflə əlaqəsi kəsilib və gediş-gəliş tamamilə itib. Sakinlər bildirirlər ki, bir neçə gündür aidiyyəti qurumları məlumatlandırsalar da, kömək əlini uzadan tapılmayıb.

Yağış təkcə körpünü deyil, kəndə gedən qaz xəttini də sıradan çıxardığından sakinlər idarənin əməkdaşları ilə birlikdə böyük çətinlik bahasına qazın verilişini təmin ediblər ki, çayın o tayında qalanlar heç olmasa soyuqdan donmasın. Elə kənd sakiniƏlirza Mirzəyevdə bu zaman yıxılıb və qolunu sındırıb. Sakinlər bu acınacaqlı vəziyyətin tezliklə aradan qaldırılacağına ümid edirlər. Rayon icra hakimiyyətinin nümayəndələri qısa zamanda körpünün bərpa olunacağını bildirdilər.
Sizin Reklam Yeriniz