"Arvadından küsən Koroğlu körpüsünə çıxır"
Movqe.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, deputat
bildirib ki, intihara cəhd edənlərin cəzasız qalması digər şəxsləri
də həvəsləndirir: "Bu, nə biabırçılıqdı anlamıram. Arvadından
küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib Bakıda
Koroğlu körpüsünə çıxır. Saatlarla davam edən tıxac paytaxtın bütün
hərəkət ritmini pozur. İnsanlar belələrinə görə nə qədər əsəb və
problem yaşayır.
Bütün bunların fonunda bu intihar təlxəkləri heç bir cəza almırlar. Bu cəzasızlıq isə həmin təlxəkləri daha da ruhlandırır. Mən anlamıram nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun. Amma ehtiyac yoxdu və vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqlarını tikanlı məftillərlə təxminən 1 metr məsafədə sarımaqdır. Vəssalam. Bunu da mən deməliydim?"
Qeyd edək ki, dünən axşam saatlarında 45 yaşlıNizami Musayevişdən çıxarıldığı üçün həmin körpüyə çıxıb intihar etmək istədiyini deyirdi. FHN əməkdaşlarının danışıqları nəticəsində N.Musayev fikrindən daşınıb. Bu müddət ərzində hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.