Əlaqə Arxiv
news Image
2012.07.25
15:58
| A A A
“Azərbaycanın baş nazirinin səhhəti ilə bağlı problem yoxdur və o iş başındadır”
“Azərbaycanın baş nazirinin səhhəti qaydasındadır və o, iyulun 20-dən etibarən iş başındadır”. Bu açıqlamanı APA-ya Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli verib. A. Əli deyib ki, baş nazirinin səhhəti ilə bağlı mətbuatda gedən məlumatlar həqiqəti əks etdirmir: "Baş nazir illik məzuniyyət haqqının yalnız bir həftəsindən istifadə edib. Bu müddət isə 9 iyul-16 iyul tarixlərinə təsadüf edib. Həmin müddət ərzində baş nazirinin səlahiyyətlərini onun birinci müavini Yaqub Eyyubov yerinə yetirib. Buna görə də müvafiq olaraq Yaqub Eyyubov həm qərarları imzalayıb, həm də iyulun 16-da Azərbaycanda səfərdə olan Monteneqro və Gürcüstanın baş nazirlərini qəbul edib. Bu normal prosedurdur. İyulun 20-dən etibarən isə baş nazir işə çıxır və hazırda da iş başındadır. Onun səhhətində xüsusi bir geriləmə olmayıb və heç bir problem yoxdur".
A. Əli qeyd edib ki, baş nazirin səhhəti ilə bağlı mətbuatda yazılanlar qeyri-peşəkarlığın nəticəsidir: "Baş nazir səhhəti ilə əlaqədar heç bir problem yaşamır və o özünü kifayət qədər gümrah hiss edir".
Sizin Reklam Yeriniz