Yeni "iPad Mini" gəlir
Movqe.az xəbər verir ki, dünyanın
texnologiya nəhəngi sayılan "Apple"ın iPhone 5-i tanıtdıqdan sonra
"iPad"in mini versiyasını 17 oktyabrda tanıdacağı bildirilib.
Amerikada yayımlanan Fortune jurnalı "iPad mini" nin keçən il
bazara çıxarılan "iPad 2"in xüsusiyyətlərinə sahib olacağını, lakin
ekran genişliyinin 7 və ya 8 düym olacağını bildirilib. Fortune
jurnalı, təqdimat dəvətnamələrinin 10 oktyabrda göndəriləcəyini
yazıb. "iPad"in kiçik ölçülü versiyasını bazara çıxarma ideyası
"Amazon" və "Google"nin bazara sürdüyü bu ölçüdəki tablet
kompüterlərə əlaqədardır. Xatırladaq ki, "Apple"nin keçmiş
icraçı direktoru Stiv Cobs həyatda olduğu dövrdə mini tabletlərə
qarşı çıxırdı. Lakin bu ölçülərdəki həbə olan sıx maraq "Apple"nin
fikrinin dəyişməsinə gətirib çıxarıb. Yeni həbin qiymətinin də
məqbul olması gözlənilir.