Əlaqə Arxiv
news Image
2012.10.03
19:29
| A A A
“Ölkədə yeni telekanal və radiostansiyaların açılmasına hazırlıq gedir”
“Regional radiostansiyaların açılması üçün yaxın vaxtlarda müsabiqə elan olunacaq” "Azərbaycanda telekanalları sayı yetərinsə olsa da, hesab edirik ki, biz dayanmamalıyıq. Ölkədə yeni televiziya kanalları və radiostansiyaların açılmasını dəstəkləməliyik. Bununla bağlı artıq hazırlıq işlərinə başlanıb". APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli xüsusən regionlarda yeni telekanalların və radiostansiyaların açılmasına böyük ehtiyac olduğunu vurğulayıb: "Azərbaycanda televiziya sahəsində həm ümumrespublika, həm də regional yayımçılar var. Amma radiostansiyalar sahəsində regional yayımçılar yoxdur. Bununla bağlı dönüş yaratmaq istəyirik. Yaxın vaxtlarda bununla bağlı müsabiqə elan olunacaq."
Sizin Reklam Yeriniz