Əlaqə Arxiv
news Image
2012.10.15
16:15
| A A A
Suriyada "kirli müharibə" davam etməkdədir
Movqe.Az bildirir ki, Suriya vətəndaş müharibəsinin 19-cu ayına girərkən iki tərəfdən də edam xəbərləri gəlməkdə davam edir. Suriyada Bəşər Əsəd rejiminə bağlı əsgərlərin müxaliflər tərəfindən edam edildiyi görünüşləri yayımlanıb. "Sunday Times" qəzetində nəşr olunan bir fotoşəkildə, Suriyalı bir müxalif diz çökdürdüyü Əsəd əsgərlərinin arxasında əlində tapançayla dayanıb. Qəzetin xəbərinə görə, müxalif döyüşçü Əsədin əsgərlərini sonra tək-tək edam edib. Əsədə bağlı əsgərləri edam edən döyüşçünün Əl Qaidə tərəfdarı Əl Nusra cəbhəsindən olduğu bildirilib. Qrupun bu fotoşəkili internetdə yaymaqla Şam rəhbərliyi üçün döyüşən əsgərlərə göz dağı verməyə çalışdığı deyilir.
Sizin Reklam Yeriniz