O atladı və qazandırdı
Movqe.Az bildirir ki, Avstriyalı
Feliks Baumqartnerin 39 km yüksəklikdən tullanaraq 9 dəqiqəlik
enişi ərzində saatda çatdığı 1.343 km ilə səs sürətini keçən insan
olması, Y"ouTube"u da rekorda aparıb. Feliks Baumqartnerin
kosmosdan enməsi "Youtube"da ən çox izlənilən canlı video rekordunu
qırıb. "Youtube"un rəsmi bloqunda yayımlanan məlumata görə,
Baumqartnerin enişinin əvvəlində 7.1 milyon adam "Youtube"da yayımı
izləyərkən bu rəqəm enmə zamanı 8 milyona çatıb. Hər hansı bir
vasitə istifadə etmədən səs sürətini keçən ilk insan adını qazanan
Feliks Baumqartnerin enişi enerji içkisi "Red Bull" və İsveçrənin
saat markası "Zenith"ə 8 milyon adama canlı reklam etmə imkanı
təqdim edib və "Youtube"un ziyarətçi sayını da rekorda aparıb. Belə
ki, "Youtube"un bir ziyarətçi başına gəliri 10.6 dollar
səviyyəsində olduğu diqqətə alındığı zaman "kosmos atlayışı"nı
canlı seyr edən 8 milyon istifadəçi dünyanın ən böyük video
paylaşma saytı olan "Youtube"a bilvasitə olaraq 84.8 milyon dollar
qazandıracaq.