Hacı namizədlər müqəddəs torpaqlara göndərildi
Movqe.Az bildirir ki, Türkmənistanda 188
hacı namizədi, Həcc ibadətini yerinə yetirmək üçün müqəddəs
torpaqlara getdilər. Türkmən hacı namizədlər dövlətin dəstəyi ilə
yaradılmış xüsusi təyyarə ilə müqəddəs torpaqlara yola düşüblər.
Onların arasında qadınların çoxluğu diqqət çəkib. Hacı namizədlər,
səfərin əvvəlində Aşqabaddaki Ərtoğrul Qazi məscidinə ziyarət
ediblər. Burada hacı namizədlərə məlumatlandırma iclası keçirilib.
İclasdan sonra hacı namizədlər, müqəddəs torpaqlara uçmaq üçün hava
limanına üz tutublar. Türkmənistan hökuməti, 1994-cü ildən bəri hər
il Həcc ziyarəti dövründə 188 hacı namizədinin təyyarə bileti daxil
olmaqla bütün xərclərini qarşılayaraq müqəddəs torpaqlara göndərir.
Dövlətin dəstəyi ilə Həccə getmək istəyənlər müraciətlərdən sonra
seçilirlər. Türkmənistanda öz imkanları ilə Həcc ziyarətinə getmək
istəyənlər üçün isə hər hansı bir maneə yoxdur.