Müstəqilliyimizin 21-ci ildönümü Nyu Yorkda qeyd olundu
Movqe.Az bildirir ki,
Dövlət müstəqilliyimizin 21-ci ildönümü Nyu Yorkda təntənəli
şəkildə qeyd olunub. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris
Azəri tərəfindən Nyu Yorkun ən yüksək binası "Empire State"də
təşkil olunan mərasimdə çox saylı qonaqlar iştirak edib. Nyu York
keçmiş millət vəkillərindən Maykl E. McMahon çıxışında,
Azərbaycan-Amerika əlaqələrinin yaxşı bir səviyyədə olduğunu
söyləyib. Azərbaycanın çox gözəl bir ölkə olduğunu söyləyən
McMahon, "Azərbaycanlılarla birlikdə olmaq çox gözəl bir hissdir.
Mən, bu yaxınlarda Azərbaycanda idim. Oranı çox bəyəndim. Hər iki
ölkənin əlaqələri çox yaxşıdır və ümid edirəm ki, bu hər zaman belə
davam edəcək.", deyə sözlərinə davam edib. Azərbaycanın Birləşmiş
Millətlər üzrə Daimi Nümayəndəsi Aqşin Mehdiyev isə "Bu gün
Azərbaycanın müstəqilliyini bir dəfə daha qeyd edirik. Bunu təşkil
edən dərnək rəsmilərinə təşəkkür edirəm." deyib. Azərbaycan Amerika
Cəmiyyətinin sədri Tomris Azəri, cəmiyyət olaraq 55 ildir xidmət
etdiklərini bildirib. İki ölkə əlaqələrinin inkişaf etdirilməsi
üçün əllərindən gələn səyi göstərdiklərini söyləyən Azəri,
"Azərbaycan çox əhəmiyyətli bir ölkədir. Ölkəmiz gündən-günə
inkişaf edir. Biz də xaricdə yaşayan azərbaycanlılar olaraq
əlimizdən gələni etməyə çalışırıq. Bu gecə bizi tək qoymayan bütün
qonaqlara təşəkkür edirəm." deyib. Mərasimə Türk və Azərbaycan
cəmiyyətinin qabaqcıl nümayəndələri qatılıb.