50.000 ev işıqsız qalıb
Movqe.Az bildirir ki, Fransanın cənub
qərbini təsiri altına alan şiddətli fırtına nəticəsində təxminən 50
min ev işıqsız qalıb. Tuluza şəhərində baş verən şiddətli
fırtınanın bəzən saatda 122 kilometrə qədər çıxdığı müəyyən olunub.
Şiddətli fırtına və yağışın bu axşam da davam etməsi gözlənilir.
Rəsmilər, bölgədə yaşayanlara çalışıb evlərindən çölə çıxmamalarını
bildiriblər.