Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər keçirib
Ermənistan Silahlı Qüvvələrinin
işğal etdiyi Azərbaycan torpaqlarında hərbi təlimlər
keçirilib.APA-nın məlumatına görə,
təlimləri işğalçı Ermənistanın prezidenti Serj Sərkisyan və işğal
altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərən separatçı
rejimin rəhbəri, "DQR prezidenti" Bako Saakyan da
izləyib.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sərkisyanı işğal olunmuş Azərbaycan torpaqlarına səfəri zamanı müdafiə naziri Seyran Ohanyan, yüksək rütbəli hərbçilər müşayiət ediblər. Sərkisyan qoşunların təmas xəttindəki mövqelərə baş çəkib, qondarma "Dağlıq Qarabağ ordusu"nunu hərbi hazırlığı ilə tanış olub. Ermənistan prezidenti həmçinin işğalçı hərbi birləşmələrdən birinin zabitlərinə yeni tikilmiş mənzillərin verilməsində də iştirak edib.