Əlaqə Arxiv
news Image
2012.10.23
16:48
| A A A
Hər il 50 min uşaq itkin düşür
Movqe.Az bildirir ki, Hindistanın Milli Cinayət Qeydləri Bürosu, 2011-ci ildə paytaxt Yeni Dehlidə hər gün 14 uşağın itdiyini açıqlayıb. İtən uşaqların insan qaçaqçılığı ya da porno film sənayesində istifadə edildiyi söylənilir. Qaçırılma hadisələrinin ən çox Bombey və Yeni Dehli kimi əhalinin sıx olduğu  şəhərlərdə meydana gəldiyi bildirirlib. Yeni Dehli polis spikeri, fahişəliyə məcbur edilən yüzlərlə uşağı xilas etdiyini söyləsə də, ölkədəki rəsmi rəqəmlər polisin də bu mövzuda nə qədər qeyri-kafi qaldığına işarə edir. Spiker, itən uşaqların böyük bir hissəsinin 6 yaşından kiçik olduğunu və uşaq pornosu sənayesində istifadə edildiklərini vurğulayıb. Rəsmi qeydlərə görə, Hindistanda uşaqları istismar edən, fahişəliyə məcbur edən və dilənçilik etdirən 5 min nəfərlik 815 cinayət təşkilatı var. Avqust ayında Hindistan Ali Məhkəməsi yerli və federal rəhbərlikdən bu mövzuda detallı araşdırma etmələrini tələb edib. BMT-nin uşaq fondu (UNİCEF) isə dünyada təxminən hər il 1,2 milyon uşağın insan qaçaqçıları tərəfindən qaçırıldığını bildirib.
Sizin Reklam Yeriniz