Əlaqə Arxiv
news Image
2012.10.29
13:21
| A A A
Mərkəzi Hərbi Klinik Hospitalın rəisi və daha bir neçə nəfər işdən çıxarılıb
Azərbaycan Silahlı Qüvvələri Mərkəzi Hərbi Klinik Hospitalının bir neçə işçisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov və hospitalın daha bir neçə əməkdaşı tutduqları vəzifədən uzaqlaşdırılıblar. Asif Qurbanov sərəncama göndərilib.

Hazırda hospitalın rəisi vəzifəsini polkovnik Şahlar Quliyev icra edir.
Sizin Reklam Yeriniz