Əlaqə Arxiv
news Image
2012.11.05
15:35
| A A A
Barak Obama üçün dua edəcəklər
Movqe.Az bildirir ki, Yaponiyanın qərbində yerləşən Obama adlı qəsəbədə ABŞ-ın prezident seçkilərinin həyəcanı hiss edilir. Qəsəbə sakinləri, ABŞ Prezidenti Barak Obamanın seçkiləri qazanması üçün dua edəcəklər.

Yaponca "kiçik sahil" mənasını verən "Obama" adını daşıyan 30 min nəfərlik qəsəbədə seçki nəticələrinin açıqlanacağı gün tədbirlər keçiriləcək. Günorta saatlarında keçiriləcək fəaliyyətdə Barak Obamaya dəstək verən qrupun nümayəndəsi Seiji Fujivara ilə qəsəbənin bələdiyyə başçısı Koji Matsuzaki çıxış edəcək. Sonra Obamanın qələbə qazanması üçün dualar ediləcək. Fəaliyyətə qatılacaq insanlara "Obamanı sevirəm" yazısı olan yapışqan plakatlar veriləcək. Fujivara, fəaliyyətə 100-ə yaxın adamın qatılmasını gözlədiklərini söyləyib.

Sizin Reklam Yeriniz