Venesiyada həyəcan siqnalı verilib
Movqe.Az bildirir ki, İtaliyada həftə sonu
artan yağışlı hava ölkənin şimal bölgələrində vəziyyəti
çətinləşdirib. Ölkənin şimal-şərqində yerləşən Venesiya şəhərində,
şəhər mərkəzinin ən alçaq nöqtəsi olan San Marko Meydanı yenə sular
altında qalıb. İtalyan xəbər agentliyi "ANSA"nın xəbərinə görə,
şəhər mərkəzinə həddindən artıq yağan yağışın təsiri ilə dəniz suyu
səviyyəsinin 149 santimetr ölçüldüyü bildirilir. Verilən məlumata
görə, 1872-ci ildən bu yana 6-cı dəfə bu cür sel baş verir.
Venesiyadan əlavə Toskana və Liquria bölgələri üçün də həyəcan
siqnalı verilib. Toskananın şimal-qərbindəki Massa Karrarada 200
adam evlərini tərk etmək məcburiyyətində qalıb. Liquria bölgəsi
2010 və 2011-ci illərdə də sel faciəsi yaşayıb. Mütəxəssislər,
Emilia-Romaqna bölgəsindəki çaylar üçün də daşqın xəbərdarlığı
edib.