ABŞ 10 il sonra...
Movqe.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) qarşıdakı 10 ildə ABŞ-ın
neft istehsalında Səudiyyə Ərəbistanı geridə qoyacağını
bildirib. Şirkətin nümayiş etdiyi ''2012-ci il dünya enerji
baxışı'' hesabatında, qlobal enerji xəritəsində dəyişikliklər
yaşanacağı və bu inkişafların çox sayda ölkə və bölgədəki enerji
sistemlərinə təsir edəcəyi qeyd edilib. Neft istehsalında ABŞ-ın,
Səudiyyə Ərəbistanı və Rusiya kimi digər istehsalçı ölkələri geridə
qoyaraq ilk sırada qərarlaşacağı, ABŞ-ın həmçinin 2020-cu ilə qədər
qaz məsələsində əsas ixracatçı olacağı ifadə edilib. Hesabatda,
ABŞ-ın 2035-ci ilə qədər enerji məsələsində özü-özünü təmin edən
ölkə olacağına diqqət çəkilib.