Əlaqə Arxiv
news Image
2012.12.03
20:54
| A A A
2024- cü ilə qədər hakimiyyətdə olacaq
Movqe.az xəbər verir ki, mart ayında təşkil edilən seçkiləri qazanaraq üçüncü dəfə prezident kürsüsünə əyləşən Vladimir Putin Rus siyasətinin 12 illik mübahisə edilməz lideridir. 2000-ci ilin sonunda Prezident seçilərək Rusiyanı idarə etməyə başlayan Putin, 2008-ci ildə konstitusiyaya uyğun olaraq təkrar namizədliyini irəli sürə bilməyərək hakimiyətin idarə olunmasını Kremldə Dmitri Medvedevə vermişdi. Toplaşmaq və nümayiş hüquqlarını təşkil edən qanunlarda dəyişikliyə gedən Putin, ölkə xaricindən maliyyə alan qeyri-hökumət təşkilatları və internetdə söz azadlığı haqqında yeni qanuni tənzimləmələrlə müxalifətə zərbə endirmişdi. Müxaliflərə qarşı mövqeyi beynəlxalq cəmiyyət tərəfindən müzakirə olunsa da  2018-ci ildə təkrar seçilərək 2024-ə qədər Kremldə qalmağı hədəfləyən Putin mütləq iqtidarını gücləndirməkdədir.
Sizin Reklam Yeriniz