3 ton narkotik ələ keçirilib
Movqe.Az bildirir ki, Əfqanıstanın Nimruz
vilayətində Taliban xadimlərinə aid 3 ton narkotik maddə ələ
keçirildiyi açıqlanıb. Beynəlxalq Təhlükəsizlik və Dəstək
Qüvvələrindən (ISAF) verilən məlumata görə, Nimruz vilayətinin
Çarberçek mahalında, ISAF və Əfqan təhlükəsizlik qüvvələri
tərəfindən təşkil edilən əməliyyatda, Taliban xadimlərinin əlindəki
3 ton narkotik maddə əllərindən alınıb. Əməliyyatda ələ keçirilən
narkotik maddənin xaricə qaçırılma üçün hazırlandığı bildirilib.
İki ay əvvəl, ölkənin cənubundakı Paktiya və Hostda narkotik
istehsal edən atelyelərdə təxminən 50 ton narkotik maddə tapılaraq
məhv edildiyini xatırladan ISAF rəsmisi, bu əməliyyatlarla Taliban
xadimlərinin pul qaynaqlarına böyük zərbə vurulduğunu qeyd edib.