Nokia Finlandiyadakı əsas mərkəzini satır
Movqe.Az xəbər verir ki, Finlandiyalı mobil
telefonu istehsalçısı Nokia, ölkədəki əsas mərkəzini satışa
çıxardığını açıqlayıb. Son illərdə xüsusilə ağıllı telefon
bazarında rəqiblərindən geri qalan qalan və atdığı yeni addımları
istehlakçılardan istədiyi reaksiyanı görə bilməyən cib telefonu
istehsalçısı Nokia maliyyə çətinliklərini qarşılamaq üçün ofis
satışıprosesində Finlandiyanın Espoosundakı ümumi mərkəzini satışa
çıxardığını açıqlayıb. Şirkət əsas mərkəzi 170 milyon Avro (222
milyon dollar) qarşılığında satılacaq. Hamısı polad və şüşədən
qurulmuş bina Baltik Dənizi kənarında yerləşir.
Binanın Finlandiyalı əmlak şirkəti olan Exilion tərəfindən satın alınacağı və Nokianın binanı uzun müddətli kirayəyə götürəcəyi deyilir.
Binanın Finlandiyalı əmlak şirkəti olan Exilion tərəfindən satın alınacağı və Nokianın binanı uzun müddətli kirayəyə götürəcəyi deyilir.