Merkel: "Yaşlanırıq, gələcəyimiz immiqrantlarla bir yerdə yaşamaqdan asılıdır"
Movqe.az xəbər verir ki, Almaniya baş nazir
Angela Merkel, ölkənin gələcəyinin yerli və köçəri cəmiyyətin bir
yerdə yaşamasına bağlı olduğunu deyib. Merkel, "İnsanların
hansı etnik mənşədən və ictimai sinifdən gəldiklərindən asılı
olmayaraq bərabər uğur əldə edib dinclik və güvən içində
yaşamalılar" deyib. Nümayəndələrin dəqiqələrlə ayaqda alqışladığı
Baş nazir Angela Merkel, "CDU"nun ümumi rəhbərliyinə yenidən
seçilib. Çıxışında Almaniyanın sənaye və sənaye ölkəsi olduğuna
diqqəti çəkən Merkel, iş bazarında meydana gələcək ixtisaslı işçi
çatışmazlığı üçün xarici ixtisaslı iş gücünə ehtiyac olduğunu
bildirib.