Yaponiyada zəlzələ olub
Movqe.az xəbər verir ki, zəlzələlərin
sıxlıqla meydana gəldiyi Yaponiyada bu gün 7.3 bal şiddətində
zəlzələ baş verib. 11 mart 2011-ci ildə rixter şkalasına görə 9 bal
şiddətində zəlzələ meydana gələn Yaponiyanın şimalında bu gün
yenidən təkan olub. Yapon mətbuatı, zəlzələnin şiddətinin 7.3
olduğunu desə də, ABŞ-dakı Geologiya Mərkəzi bunu 7.4 olaraq verib.
Lakin mərkəz daha sonra zəlzələnin şiddətini 7.3 olaraq dəyişdirib.