Etirazlara fikir vermədilər
Movqe.az xəbər verir ki, Şimali Koreya
etirazlara baxmayaraq dünən səhər uzun mənzilli mərmi atıb.
Pyonqyanqda xalq, "peyk daşıdığı" iddia edilən mərmini rəqs
edərək qeyd etsə də, koreyalıların bir neçə həftə davam edən
texniki problem yaşadığına inanan amerikalılar isə raketin
alovlanmasından heyrətlənib. Şimali Koreyanın yeni lideri Kim Jong
qonşularını və ABŞ-ı çaşdıran yeni və güclü bir həmlə edib. Ölkənin
Çin sərhədi yaxınlığındakı Sohae Kosmos Bazasından dünən səhər
atılan Unha-3 (Qalaktika 3) raketi kosmosa "Kwangmyongsong-3"
(Parlayan Ulduz) adı verilən peyki dünya orbitinə çatıb. Yükünü
boşaldan raketin hissələri isə Filippin dənizinə düşüb.